Körpüdən keçən yaşlı qadın suya düşərək boğulub – VİDEO

Hadisə 8 Aprel 2024 21:33 Oxunub 382
Körpüdən keçən yaşlı qadın suya düşərək boğulub – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Körpüdən keçən yaşlı qadın suya düşərək boğulub. Bədbəxt hadisə Şahbuz rayonunun Külüs kəndində baş verib. Kənd sakini, 64 yaşlı Bulqeyis Bağırova körpüdən keçərkən çaya düşüb. Qadın suda boğularaq dünyasını dəyişib.

Mərhumun həyat yoldaşının sözlərinə görə, hadisəyə səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır.

Rayonun icra nümayəndəsi isə bildirib ki, kəndin ərazisindən keçən Keçiliçayın üzərində standartlara uyğun 2 körpü var. Lakin bir neçə yerdə sakinlər özlərinin saldıqları bu cür təhlükəli körpülərdən istifadə edirlər.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialda:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh