Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi

Tovuz şəhərində yerləşən "İrşad" elektronika mağazasından oğurluq edən şəxsə hökm oxunub. Hadisəyə səbəb mağaza tərəfindən ona kreditlə telefon verilməməsi olub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1969-cu il təvəllüdlü Tovuz rayon sakini Tərlan Məmmədov (şərti ad) saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.3 (gecə vaxtı oğurluq) və 177.2.4 (yaşayış yerindən, habelə digər bina və tikililərdən oğurluq) maddələri ilə cinayət işi açılıb. İşı məhkəmədə baxılıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, "İrşad" mağazasına gedərək bir telefon bəyənib və onu kreditlə almaq istəyib. Lakin kredit verilmədiyi üçün narazı qalıb. Şəhid qardaşı olduğunu deyən Tərlan buna əsəbiləşib və evə gedərək içki qəbul edib. Daha sonra - gecə saat 03:15 radələrində mağazaya qayıdıb və giriş qapısındakı asma qıfılı əlindəki metal armatur parçası ilə sındıraraq içəri daxil olub. O, ümumi dəyəri 5699,96 manat olan müxtəlif markalara məxsus dörd mobil telefonu oğurlayaraq evində gizlədib. Hadisədən sonra polis tərəfindən saxlanılıb və cinayətini etiraf edib. Məhkəmənin hökmü ilə Tərlan Məmmədov 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından azadlığa buraxılıb.
"Neftçilər" stansiyası yaxınlığında yanan avtomobil söndürüldü - VİDEO - YENİLƏNİB
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub











