Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi

Tovuz şəhərində yerləşən "İrşad" elektronika mağazasından oğurluq edən şəxsə hökm oxunub. Hadisəyə səbəb mağaza tərəfindən ona kreditlə telefon verilməməsi olub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1969-cu il təvəllüdlü Tovuz rayon sakini Tərlan Məmmədov (şərti ad) saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.3 (gecə vaxtı oğurluq) və 177.2.4 (yaşayış yerindən, habelə digər bina və tikililərdən oğurluq) maddələri ilə cinayət işi açılıb. İşı məhkəmədə baxılıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, "İrşad" mağazasına gedərək bir telefon bəyənib və onu kreditlə almaq istəyib. Lakin kredit verilmədiyi üçün narazı qalıb. Şəhid qardaşı olduğunu deyən Tərlan buna əsəbiləşib və evə gedərək içki qəbul edib. Daha sonra - gecə saat 03:15 radələrində mağazaya qayıdıb və giriş qapısındakı asma qıfılı əlindəki metal armatur parçası ilə sındıraraq içəri daxil olub. O, ümumi dəyəri 5699,96 manat olan müxtəlif markalara məxsus dörd mobil telefonu oğurlayaraq evində gizlədib. Hadisədən sonra polis tərəfindən saxlanılıb və cinayətini etiraf edib. Məhkəmənin hökmü ilə Tərlan Məmmədov 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












