Krımdakı aerodrom raket zərbəsindən sonra - FOTO - VİDEO

Ukrayna Silahlı Qüvvələri tərəfindən raket hücumundan sonra Sevastopolun (Krım) Belbek aerodromunun peykdən çəkilmiş görüntüləri yayılıb. Kadrlarda məhv edilmiş “S-400” zenit-raket kompleksinin radiolokasiya sistemi də əks olunub.
Avtosfer.az xəbər verir ki, məlumata görə, mayın 14-dən 15-nə keçən gecə həyata keçirilən hücum nəticəsində iki “MiQ-31” qırıcı təyyarəsi məhv edilib, yanacaq-sürtkü materialları anbarı da yanıb. Bundan başqa, 11 rusiyalı hərbçi yaralanıb. Həmin gün səhərə yaxın raketlə Vişnyovoye kəndi ərazisində “S-400 Triumf” hava hücumundan müdafiə sistemi vurulub. Hücumdan sonra HHM raket sistemi alovlanıb. İki hərbçi həlak olub, ikisi isə yaralanıb. Mayın 16-na keçən gecə aerodromun yanacaqdoldurma məntəqəsinə hücum həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti öz növbəsində məlumat yayıb ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və pilotsuz katerlərdən istifadə etməklə bir sıra hücumlarının qarşısını alıb. Belə ki, növbətçi HHM sistemləri Krım yarımadası ərazisi üzərində 51, Krasnodar diyarında 44, Belqorod vilayəti ərazisində altı və Kursk vilayəti ərazisi üzərində bir PUA məhv edib və ələ keçirib. Həmçinin, ötən gecə Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri Qara dənizdə altı pilotsuz kateri məhv edib.
(oxu.az)
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










