Kriminal avtoritetin dəfni - Yüzlərlə lüks maşın və anonim çələnglər

Çexov mütəşəkkil cinayət qrupunun lideri Nikolay Pavlinov Moskva vilayətində dəfn edilib və onunla vidalaşmağa çoxlu adam, o cümlədən kriminal rəhbərlər toplaşıb.
Avtosfer.az "Musavat.com"a istinadla xəbər verir ki, Moskva vilayətinin Talej kəndində keçirilən dəfn mərasimində saysız-hesabsız “Gelandevagen” və “Range Rover” avtomobillərdə gələn çox sayda insan iştiak edib. Bundan başqa, Pavlinovun məzarına onlarla çələng göndərilib, ancaq onlardan bəziləri anonim qalıb, konkret kim tərəfindən göndərildiyi bilinməyib, titul lentində "yaxşı adam" və ya "qonşular" qeydi olub. Bu, güman ki, kriminal avtoritetlərlə müharibə aparan hüquq-mühafizə orqanların təqib və təzyiqindən yayınmaq üçün düşünülüb..
Kriminal aləmdə Kolya kimi tanınan Pavlinov yanvarın 17-də xərçəng xəstəliyindən ölüb. 2017-ci ildə o, dövlət torpaqları ilə dələduzluq etdiyinə görə 17 il həbs cəzası alıb, lakin səhhətində yaranan ciddi problemlərə görə 2023-cü ildə azadlığa buraxılıb.
Pavlinov şöhrətini 90-cı illərdə, “Vityaz" xokkey klubunun sahibi olduğu, həmçinin məhkəmədə müdafiəsində çıxış edən məşhur boksçular Denis Lebedev və Alekander Povetkinə sponsorluq etdiyi zaman qazandı.
Onun dəfn mərasimində iştirak edənlər arasında idman və kriminal aləmin çoxlu nümayəndələri də olub.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












