Küçə iti nənə və nəvəyə hücum edib, qadın xəstəxanalıq olub - VİDEO

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində küçə iti nənə və nəvəyə hücum edib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, qəsəbə sakini Rəfiqə Hüseynova nəvəsi ilə birgə mağazaya gedərkən sahibsiz itin qəfil hücumuna məruz qalıb. Yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib və ona quduzluq əleyhinə vaksin vurulub.
Hadisə ilə bağlı Ceyranbatan qəsəbəsi bələdiyyəsinə və ərazi nümayəndəliyinə müraciət olunub. Qurumdan bildirilib ki, sahibsiz itlərin toplanması ilə bağlı onlara maliyyə vəsaiti ayrılmadığı üçün bu sahədə tədbir görmək imkanları yoxdur.
Abşeron Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, sahibsiz heyvanların yığılması məqsədilə Sahibsiz İtlərə Qayğı Mərkəzləri rayon ərazisində sivil və humanist üsullarla tədbirlər görür. Belə ki, təhlükə yaradan itlər küçə və prospektlərdən xüsusi avtomobillərlə toplanaraq qayğı mərkəzinə aparılır. Hazırda proses davam etdirilir.
Qeyd edək ki, Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması istiqamətində sənədləşmə işləri aparılır.
Avtomobildə sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
Ağdamda minaya düşən Ceyhunun - FOTOsu
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB










