Küçədə heyvana balta ilə işgəncə verən şəxsin övladı it dişləməsi səbəbindən ölüb? - FOTO - VİDEO

Hadisə 13 Avqust 2024 18:54 Oxunub 278
Küçədə heyvana balta ilə işgəncə verən şəxsin övladı it dişləməsi səbəbindən ölüb? - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.

kucede-iti-baltalayan-sexs-saxlanildi

**

Naməlum şəxsin Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə iti balta ilə döyməsi ilə bağlı yeni detal məlum olub. İddialara görə, həmin şəxsin övladını it dişləyib və nəticədə onun övladı dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə isə, bu iddialar həqiqəti əks etdirmir.

**

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "DSK yolu" adlanan ərazidə naməlum şəxsin iti balta ilə döyməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov görüntülərdən məlumatlı olduğunu bildirib:

"Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək".

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "DSK yolu" adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.

Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:

"Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi".

Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh