Küçədə vətəndaşı döyən polislər cəzalandırıldı – ANBAAN VİDEO

Hadisə 15 Aprel 2024 16:43 Oxunub 292
Küçədə vətəndaşı döyən polislər cəzalandırıldı – ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polis əməkdaşları küçədə bir nəfəri döyüblər.

Avtosfer.az xəbər verir ki, hadisə Moskvada qeydə alınıb.

Hadisənin anbaan qeydə alındığı video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə asayiş keşikçilərindən birinin səkidə uzanmış kişiyə təpik vurduğu, digərinin isə zərərçəkəni tutduğu aydın şəkildə əks olunub. Polislər şəxsi döydükdən sonra öz xidməti maşınına minib oradan uzaqlaşıblar.

Video ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır və artıq həmin polislərə qarşı tədbir görülür. Açıqlamada əməkdaşların neqativ əsaslarla daxili işlər orqanlarından xaric ediləcəyi və qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaqları qeyd olunub.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh