Külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edilib - FOTO

İran İslam Respublikasından yük nəqliyyat vasitəsində daşıyıcı şirkət vasitəsilə idxal olunan yüklərə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda rentgen qurğusunda baxış keçirilib və bir ədəd qara rəngli sellofan torbada olan rezin boruların içərisində şübhəli cizgilər müşahidə edilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a bildirilib ki, baxış zamanı həmin rezin boruların içərisində, ümumilikdə 42 ədəd sellofana bükülmüş bağlama müəyyən olunub. Həmin bağlamalardan 25 ədədinin içərisindən xüsusilə külli miqdarda, 983.316 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
Aşkar edilmiş psixotrop maddəni ölkə ərazisində təhvil alacaq şəxslərin müəyyən edilməsi istiqamətində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində psixotrop maddə olan rezin boruları təhvil alan 2 nəfər xarici ölkə vətəndaşı saxlanılıb və onlardan xeyli miqdarda narkotik vasitə - 16 həb metadon və 1 həb onun qırıntısı aşkarlanıb.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə xarici ölkə vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Yasamal Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq aparılır.




Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












