Külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması təmin edilir. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı vaxtadək həyata keçirilən istintaq tədbirləri nəticəsində Sumqayıt və Gəncə şəhər, Abşeron, Quba, Xaçmaz, Sabirabad, İsmayıllı, Göyçay, Şəmkir, Qazax, Tərtər rayon prokurorluqları, habelə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaqı aparılan cinayət işləri üzrə xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə olunan 21 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 35.7 milyon manatdan artıq) məbləğdə pul vəsaitinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya cinayət işləri üzrə, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO










