Külli miqdarda vəsaiti dövlətə qaytarmayan sahibkarlar həbs edilib

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslər həbs edilib.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycana qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Rüfət Qarayev, Elnur Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Land Lojistics”, “International Lojistics” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 85.5 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 145,4 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarmayıblar.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Rüfət Qarayev, İbrahim Lalayev və Muxtarov Elməddin barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Elnur Qarayev barəsində barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Bundan başqa, Nizami Abdullayev, Elşad Rzayev və digərlərinin cinayətkar niyyətlə təsis etdikləri “Fresh Fruits Az” MMC ilə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 8,8 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 15 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarmayıblar.
Qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2, 313-cü və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Nizami Abdullayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Elşad Rzayev barəsində barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
"Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur", - məlumatda qeyd olunub.
Cinayət törədib qaçan şəxslər qəzaya düşdülər – Biri tutuldu, o biri axtarılır - VİDEO
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI - FOTO - VİDEO
İkinci əl avtomobil alanların diqqətinə; iki əzilmiş maşını kəsib bir maşın düzəldirlər - VİDEO
Qatarda qaz bombası partladan gənc 12 nəfəri yaraladı - FOTO
“Kontakt Home” yenə vətəndaşı aldatdı; görün müştəriyə nə satıblar – ŞİKAYƏT - VİDEO
Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO
Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO
Qəfil maşının qabağına çıxan piyada son anda ağır qəzadan qurtuldu - VİDEO
Xırdalanda gecəyarısı ağaclar məhv edilib üzəri betonlandı – ŞİKAYƏT - FOTO
Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başına görün nələr gəldi - VİDEO
Cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO










