Kürdəmir sakinini qatar vuraraq öldürdü - YENİLƏNİB

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib.
ADY bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb.
***12 mart, 22:27
Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.
Bu barədə Avtosfer.az-a ADY-dən bildirilib.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib.
ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Qeyd edək ki, dünyasını dəyişən şəxs 1980-ci il təvəllüdlü Bağırov Famil Zeynal oğludur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












