Kürdəmir və Saatlıda bəzi əraziləri su basdı - VİDEO

Hadisə 17 May 2024 22:39 Oxunub 314
Kürdəmir və Saatlıda bəzi əraziləri su basdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bu barədə Avtosfer.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar ərazilərə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh