Kürdəmirdə küsən arvadının arxasınca gedən kişi döyülüb

Kürdəmirdə həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedən kişi döyülüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini Rahib Məmmədov 2019-cu ildə ailə həyatı qurub və birgə nigahdan da üç yaşlı qızları olub. Ötən ay Rahiblə həyat yoldaşı arasında mübahisə yaranıb və qadın küsüb bacısının evinə gedib. Bir müddətdən sonra Rahib həyat yoldaşının atası evinə getdiyini zənn edib və onu gətirmək üçün qayınatasıgilə yollanıb. O, həyətə daxil olarkən qaynı Elməddinlə rastlaşıb. Elməddin Rahibdən niyə bacısını incitdiyini soruşub və aralarında mübahisə yaranıb. Nəticədə Elməddin Rahibə təpik və yumruq zərbələri endirib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Lakin məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan edildiyindən hakim cinayət işinə xitam verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












