Kürəkən-qayın arasındakı dava qanla bitdi

Goranboyda qohumlar arasında baş verən dava qanla bitib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı rayonun Qaraçinar kəndində baş verib. Belə ki, həmin kənddə məskunlaşmış Kəlbəcər rayon məcburi köçkünü olan 1994-cü il təvəllüdlü Z.Oruclunun evinə Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini 1993-cü il təvəllüdlü F.Qəhrəmanlı gəlib. Bu zaman tərəflər arasında dava düşüb. Dava zamanı Z.Oruclu münaqişə zəminində qohumu, 1993-cü il təvəllüdlü F.Qəhrəmanlıya bıçaqla əlindən xəsarət yetirib. Hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, F.Qəhrəmanlının həyat yoldaşı evdən küsərək qardaşı Z.Oruclunun evinə gəlib. Bundan sonra F.Qəhrəmanlı Qaraçinar kəndinə gedərək həyat yoldaşını aparmaq istəyib. Elə bundan sonra qohumlar arasında mübahisə düşüb. Nəticədə hər ikisi bir-birinə xəsarət yetiriblər. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












