Laçına işə yollandılar – Başlarına gəlməyən qalmadı - VİDEO

Hadisə 1 Mart 2024 16:29 Oxunub 1346
Laçına işə yollandılar – Başlarına gəlməyən qalmadı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Laçına işə yollanan vətəndaşların avtomobilləri qarət olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Belə ki, vətəndaşlar avtmobilləri ilə Laçına işləməyə gedib. Amma işləri alınmayıb və geri qayıtmalı olublar. Avtomobillərini park etdikləri yerə gəldikdə isə, maşınların qarət olunduğu, hətta bir neçə hissəsinin qırıldığını görüblər. Zərəçəkmiş vətəndaşlardan biri avtomobillərin vəziyyətini videoaya çəkib, baş verənləri danışıb. O, bildirib ki, 3 avtomobil qarət olunub. Görüntülərdə də aydın şəkildə əks olunub ki, 77-PT-927 qeydiyyat nişanlı, “Niva” markalı avtomobil və 77-PX-802 nömrəli “Niva” markalı avtomobillər qarət olunaraq yararsız hala salınıb. Hətta 77-PX-802 nömrəli avtomobilin ön faraları yerindən çıxarılıb. Zərərçəkmiş sürücü qeyd edib ki, daha bir avtomobil də qarət olunub.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh