Laçında öldürülən müğənni ilə bağlı TƏFƏRRÜAT: "Qardaşı onu elə qaldığı çadırda qətlə yetirib" - VİDEO

Laçının Fingə kəndində güllələnmə hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə öldürüldüyü bildirilir. "Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər gəldik. Hamı onları mehriban görüb. Aralarında nə münaqişə olub bilmirəm", - kənd sakini Tofiq Əliyev söyləyib. Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Mərhumun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilib və orada dəfn edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Xasay Quliyev isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












