Banner

Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB

Hadisə 10 Yanvar 2026 13:11
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, suya düşənləri xilas edən şəxs Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Coşqun Baxışovdur. Hadisə Örənqala qəsəbəsi ərazisində, saat 00:00–01:00 radələrində baş verib. Yaxınlıqda olan Coşqun Baxışov qışın soyuq hava şəraitinə baxmayaraq, kanala girərək 5 nəfərlik ailəni xilas edib və faciənin qarşısını alıb.

*** 8 yanvar, 11:06

Beyləqanda avtomobildə köməksiz vəziyyətdə qalan dörd nəfərin vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, avqustun 8-də, gecə saat 4-də baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ikisi azyaşlı olmaqla dörd nəfər rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub:

"Onlara bədənin müxtəlif nahiyələrinin səthi sıyrıqları diaqnozu təyin edilib. Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".

***09:12

Beyləqanda avtomobil kanala düşüb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lada" markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Oxunub 958
ŞƏRH YAZ
Ad

E-mail

Şərh