Banner

“Lada” kanala düşdü, 4 nəfər xilas edildi - VİDEO - YENİLƏNİB

Hadisə 8 Yanvar 2026 11:06
“Lada” kanala düşdü, 4 nəfər xilas edildi - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Beyləqanda avtomobildə köməksiz vəziyyətdə qalan dörd nəfərin vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, avqustun 8-də, gecə saat 4-də baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ikisi azyaşlı olmaqla dörd nəfər rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub:

"Onlara bədənin müxtəlif nahiyələrinin səthi sıyrıqları diaqnozu təyin edilib. Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".

***09:12

Beyləqanda avtomobil kanala düşüb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lada" markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Oxunub 426
ŞƏRH YAZ
Ad

E-mail

Şərh