Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib - FOTO

Lənkəranda gənc qadın qətlə yetirilib. Avtosfer.az-ın məlumatına görə hadisə Liman şəhəri ərazisində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri polisə könüllü təslim olub. Məlumata görə, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub. Hadisənin başvermə səbəbləri araşdırılır.
***
Lənkəranda baş verən qətlin bəzi təfərrüatları məlum olub. Qətlə yetirilən Əfsanə Lələzadənin dayısının APA-ya verdiyi xəbərdə bildirir ki, qadın və həyat yoldaşı Nicat Lələzadə 5 ilə yaxındır ayrı yaşayıblar. Qeyd edilib ki, Əfsanə Lələzadə boşanmaq istəsə də, Nicat Lələzadə buna etiraz edib. "Bu gün Nicat səhər saatlarında Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qabağına gələndə ona yaxınlaşıb, aralarında yaranan mübahisə zəminində özü ilə gətirdiyi bıçaqla ona bir neçə zərbə endirib. Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb".

Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












