Lənkəranda 38 yaşlı kişi döyülərək bıçaqlandı - YENİLƏNİB

Hadisə 29 İyun 2024 12:00 Oxunub 352
Lənkəranda 38 yaşlı kişi döyülərək bıçaqlandı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.

Bildirilib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib və tərəflər yeznə-qayındır.

Faktla bağlı araşdırma aparılır.

***
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Lənkəran rayonunun Kərgəlan kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona hər iki çanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyublar.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

(APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh