Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran rayonu ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Ruslan Məmizadənin Lənkəran şəhəri ərazisində Elnur Cəfərova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ruslan Məmizadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
**
Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












