Lənkəranda Xəzərdə itkin düşən balıqçıların axtarışları davam etdirilir - YENİLƏNİB

Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
"13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.
Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.
***
09:18
Lənkəran sakinləri itkin düşüb.
Avtosfer.az xəbər verir ki, rayonun Siyavar kənd sakinləri 41 yaşlı Mahmud İbayev və 57 yaşlı Nazim Abbasov balıq tutmaq məqsədi ilə dünən səhər dənizə çıxıblar.
Daha sonra balıqçılarla əlaqə kəsilib. Sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.
Qeyd edək ki, ərazidə qatı dumana görə balıqçıların qayığının istiqamətini dəyişdiyi də ehtimal olunur.
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
Azərbaycan səmasında dronlar GÖRÜNÜR - VİDEO










