
Lənkəranda itkin düşmüş digər balıqçının axtarışları davam etdirilir - VİDEO
Hadisə
3 Fevral 2025 17:06
Oxunub 144

13 yanvar Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, hazırda vətəndaşın axtarışları nazirliyin Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Xatırladaq ki, ötən gün itkin düşmüş balıqçılardan Nazim Abbasovun cəsədi tapılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR