Lənkəranda kütləvi dava olub, 4 nəfər xəsarət alıb, biri bıçaqlanıb

Lənkəranda kütləvi davada bir nəfər bıçaqlanıb.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə gənclər arasında kütləvi dava axşam saatlarında Lənkəran rayonunun Ürgə kəndi ərazisində baş verib. Kütləvi davada Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.
Digər şəxslər; Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə və Lənkəran rayon Boladi kənd sakini 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Faktla bağlı araşdırma aparılır.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












