Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürdü - YENİLƏNİB

Lənkəranda rabitəçini elektrik cərəyanının vuraraq öldürməsi ilə bağlı araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Aztelekom"dan məlumat verilib.
"Təəssüf hissi ilə bildiririk ki, 12.06.2024-cü il tarixində “Aztelekom” MMC-nin Lənkəran rayonunda yerləşən xidməti ərazisində bədbəxt hadisə baş verib. Hadisə nəticəsində subpodratçı şirkətlərdən birinin əməkdaşı Cəmil Zöhrab oğlu Həsənov həyatını itirib. Hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır. Subpodratçı şirkətin həyatını itirən əməkdaşının ailəsinə başsağlığı veririk", - qurumdan qeyd olunub.
***
13:31
Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsində baş verib.
Belə ki, "Aztelekom"un əməkdaşı, rayonun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xətlərinə toxunub.
Nəticədə yüksək gərginlikli elektrik cərəyanı onu vurub.
C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(report)
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










