“Lexus” sürücüsü qəzaya düşdü; köməyə gələn şəxsi döyüb xəstəxanalıq etdi - VİDEO

Qəzaya uğramış sürücüyə kömək etməyə çalışan vətəndaş gözlənilməz hücuma məruz qalıb. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Mərkəzi Florida şosesində baş verən hadisə kameraya düşüb. Belə ki, ağ rəngli “Lexus” markalı avtomobil idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb. Yoldan keçən Hans Hamilton adlı şəxs qəzaya uğrayan sürücüyə yardım etmək məqsədilə avtomobilini saxlayıb. Lakin Hamilton qəza yerinə yaxınlaşarkən qarşı tərəfin qəfil hücumuna məruz qalıb. Nəticədə Hans Hamilton ciddi xəsarətlər alıb.
İlkin məlumatlara görə, zərərçəkəndə beyin qanaması və qabırğa sınıqları aşkarlanıb. Hazırda Hamiltonun səhhəti ilə bağlı müalicə tədbirləri davam etdirilir.
Hücum edən şəxsin 44 yaşlı Daniel Coman olduğu müəyyən edilərək saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












