“Lexus”un şüşəsini sındırıb pul və sənədləri oğurladı

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, naməlum şəxs zərərçəkənin “Lexus” markalı avtomobilinin şüşəsini sındıraraq içərisindən 2100 manat, bank kartları və sənədlərini talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun elə həmin gün eyni üsulla “Changan” markalı digər avtomobildən də bank kartları oğurladığı, daha sonra isə kart hesabında olan pul vəsaitini nağdlaşdırdığı məlum olub.
Xətai rayonunda keçirilən tədbir zamanı isə qəssab dükanından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı V.Abbasov da saxlanılıb.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












