Leysan və güclü külək Zaqatalada bir sıra fəsadlar törədib - VİDEO
Hadisə 29 İyun 2022 23:49 Oxunub 1132
Leysan və güclü külək Zaqatalada bir sıra fəsadlar törədib - VİDEO

Dünən gecə saatlarında Zaqatalada hava şəraitinin kəskin dəyişməsi bir sıra fəsadlara səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, rayonda güclü küləklə müşayiət olunan leysan yağıb. Nəticədə rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi kəskin artıb. Muxax kəndində 15 evin həyətini su basıb. Rayonun Yuxarı Çardaqlar, Qımır, Bazar və Çobankol kəndlərinin ərazisində güclü külək 40-dan çox irigövdəli ağacı aşırıb. Elektrik xətləri və telefon naqilləri qırılıb. Bir məktəbin dam örtüyünə ciddi ziyan dəyib. Ərazilərə canlı qüvvə və texnikalar cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh