Liftdə köməksiz qalan şəxs xilas edilidi - VİDEO

Hadisə 4 Fevral 2024 13:10 Oxunub 290
Liftdə köməksiz qalan şəxs xilas edilidi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh