Liftin şaxtasından mənzilə girdi - 13 823 manatlıq oğurluq etdi

Abşeron rayonunda yerləşən "Qurtuluş 93" yaşayış kompleksində oğurluq hadisəsi olub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, kompleksdəki mənzillərin birindən 7080 manat, 900 ABŞ dolları, şəxsiyyət vəsiqələri, 150 manat dəyərində olan "IPphone-6" markalı mobil telefon, 150 manat dəyərində olan "Samsung" markalı mobil telefon, 400 manat dəyərində olan 585 əyarlı 6 qramlıq Rusiya qızıl boyunbağı, 700 manat dəyərində olan 750 əyarlı 8 qramlıq İtaliya istehsalı olan qadın qızıl qolbaq, 750 manat dəyərində olan 750 əyarlı təxminən 10 qramlıq İtaliya istehsalı olan bir cüt qızıl sırğa, 300 manat dəyərində olan bijuteriyalar oğurlanıb. Ümumilikdə ev sahibinə 13 823 manat məbləğində xeyli miqdarda ziyan vurulub. Mənzil sahibinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb. O, ifadəsində bildirib ki, binalardan birinin blokuna daxil olaraq, liftlə sonuncu mərtəbəyə, oradan da liftin şaxtasına çıxıb. Ətrafa baxdıqda binanın yuxarı mərtəbəsindəki mənzillərdən birinin pəncərəsindən evdə heç kimin olmadığına görüb. Bundan sonra o, mənzilin plastik materialdan olan pəncərəsini əli ilə sıxıb açaraq içəri daxil olub. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs blanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 9 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












