Liman şəhərində gəmidə yanğın baş verib

İngiltərənin Hull şəhərində limanda yanğın baş verib.
Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, “Albert Dock” limanında lövbər salmış gəmidə alovun söndürülməsi üzrə əməliyyata başlanıb. Hadisə yerinə dörd yanğınsöndürən maşın, bir hava platforması, Hull Sahil Mühafizəsi və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın yerli vaxtla saat 10:22-də qeydə alınıb.
Xidmətin sözçüsünün bildirdiyinə görə, yanğın metallom daşıyan gəminin yük anbarında başlayıb. Gəmidə insanlar olub, lakin onların hamısı təhlükəsiz şəkildə təxliyə edilib və hazırda heç bir itki qeydə alınmayıb. Ətraf ərazilərdə yaşayan sakinlərə və biznes sahiblərinə pəncərə və qapılarını bağlı saxlamaq tövsiyə olunub. Şəhər mərkəzi boyunca qalxan sıx tüstü müşahidə olunur, bəzi mağazalar və yollar müvəqqəti olaraq bağlanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












