Lökbatanda anbardakı yanğını söndürmək üçün helikopter cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.
***09:00
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunur ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Lökbatan qəsəbəsində yerləşən, Bakı Logistika şirkətinə məxsus anbarlardan birində güclü yanğın baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qapısı açıq qalan “Mercedes”dən oğurluq edilib
Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Kürdəmirdə hərəkətdə olan avtomobil yanıb - FOTO - VİDEO
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Araşdırma aparılır - FOTO
Girov götürülən taksi sürücüsünün İNANILMAZ CƏSARƏTİ - VİDEO
Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - VİDEO
Dezodorant partlayıb alın şüşəsini deşdi – VİDEO
Bakıda mağazadan seyf oğurlayan şəxs kameraya düşdü: ANBAAN VİDEO
Bu şəhər 100 ildə 12 metr çöküb - FOTO
Bu dəfə piyadanı təyyarə vurub öldürdü
Gəncədə maşınların utilizasiyası zavodunda yanğın: 3 avtomobil kül oldu - FOTO













