Lökbatanda partlayıcı vasitələrdən istifadə edənləri polis belə saxladı - VİDEO

Hadisə 26 Dekabr 2023 21:51 Oxunub 4716
Lökbatanda partlayıcı vasitələrdən istifadə edənləri polis belə saxladı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeni il ərəfəsi polis əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrdən, pirotexniki vasitələrdən istifadənin qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Avtosfer.az xəbər verir ki, tədbirlər çərçivəsində bu gün axşam saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində priotexniki vasitələrdən istifadə edən şəxslər polis tərəfindən saxlanılıb.

Bir neçə nəfərin həmin ərazidə qadağan olunmuş vasitələrdən istifadə etməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat daxil olub. 

Məlumat əsasında hadisə yerinə gedən polislər həmin şəxsləri saxlayıb.

Görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh