Lüks elektromobil yandı: qapılar açılmadığı üçün sürücü ÖLDÜ - VİDEO

Çində ötən gecə baş vermiş qəza dünyanın aparıcı avtomobil saytlarının diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, Çendu əyalətində “Xiaomi SU7 Ultra” elektromobili yolayrıcı səddə çırpılaraq alışıb. Hadisəni təhlükəsizlik kameraları qeydə alıb.
Qəza zamanı bir neçə sürücü yanan avtomobildəkiləri xilas etmək üçün dayanıb. Onların qapını açmaq və şüşələri sındırmaq cəhdləri fayda verməyib. Məlum olub ki, qəza anında qapı kilidləri dövrədən ayrılmayıb. Yanğınsöndürənlər qapını xüsusi alətlərlə açdıqda isə artıq gec idi. Sürücünün meyiti artıq kömürləşmişdi.
İlkin ehtimala görə qapıların kilidli qalmasına səbəb tam elektrikli, mexaniki yolla açmaq mümkün olmayan qapı dəstəkləridir (gizli qapı tutacaqları). Fakt təsdiqlənərsə bu cür qapı dəstəklərinin qadağan edilməsi vaxtı geri çəkiləcək. Yanan avtomobil 2025-ci ilin istehsalıdır.
Qeyd edək ki, bu, “Xiaomi SU7 Ultra” elektromobilində ilk belə qəza deyil. Mayda baş verən analoji qəzada 3 nəfər yanaraq ölmüşdü. Bundan sonra şirkət 100 mindən çox avtomobili geri çağıraraq proqram təminatını dəyişib.
“Xiaomi SU7 Ultra” 1500 at gücündə elektrik mühərriki ilə təchiz edilir. “Porsche Taycan”ın bənzəri olan elektromobil Çində lüks hersab edilir.
Bu qəzadan sonra “Xiaomi”nin Honkonq birjasındakı indeksləri 9 faiz geriləyib.
Vüqar
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO












