“Lyuk” qırılıb içərisində uşaqların olduğu maşına girdi – VİDEO

Rusiyada kanalizasiya quyusunun qapağı yüksək sürətlə içərisində qadın və uşaqlar olan avtomobilin ön şüşəsinə çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Krasnoyarsk şəhərində baş verib.
Qadın avtomobillə hərəkətdə olarkən, yanından yüksək sürətlə keçən başqa bir maşın yoldakı kanalizasiya quyusunun qapağına dəyib. Zərbənin gücündən qapaq parçalanıb və həmin hissələrdən biri qadının sürdüyü avtomobilin ön şüşəsinə çırpılıb.
Xoşbəxtlikdən qapağın qırılan hissəsi heç kimin oturmadığı ön sərnişin oturacağına düşüb. Qadının ərinin sözlərinə görə, o, yalnız yüngül cızıqlarla xilas olub, avtomobildə olan uşaqlara xəsarət dəyməyib.
Hazırda kanalizasiya qapağının niyə yolun kənarında və bu vəziyyətdə olması araşdırılır. Qadın baş verənlərlə bağlı polisə müraciət edib./Medianews.az
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










