Lyuka düşən gənc qızın vəziyyəti AÇIQLANDI - VİDEO

Hadisə 25 Fevral 2025 15:42 Oxunub 256
Lyuka düşən gənc qızın vəziyyəti AÇIQLANDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İki gün əvvəl Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində kanalizasiya quyusuna düşən gənc qızın vəziyyəti açıqlanıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və ortopediya şöbəsinin müdiri, həkim travmatoloq-ortoped Sənan Aşirov açıqlama verib.

Onun sözlərinə görə, Z.Zeynalova xəstəxanaya bel və çanaq nahiyyələrində ciddi ağrılarla müraciət edib:

“Aparılan ilkin müayinələr nəticəsində xəstənin bud-çanaq və bel nahiyyəsinə MRT (Maqnit Rezonans Tomoqrafiya) tətbiq olunduqdan sonra çanaq sümüklərinin və oma sümüyünün zədələnməsi, əzilməsi və sınması müəyyən edilib. Hazırda pasiyentin vəziyyəti stabildir, konservativ müalicəsi davam etdirilir”.

Qeyd edək ki, kanalizasiya quyusuna düşən qız hadisəyə şahid olan şəxslər tərəfindən oradan çıxarılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh