Mağazadan 270 ədəd saxtalaşdırılmış alkoqollu içki aşkarlanıb - FOTO

Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb.
Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma əlaməti daşıyan alkoqollu içki aşkarlanıb.
Qeyd edək ki, normalara uyğun istehsal edilmiş içkilərin eyni marka adı ilə saxtalaşdırıldığı məlum olub. Aşkar edilən pozuntularla bağlı obyektin məsul şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Həmin məhsullar saxlanca götürülüb, nümunələr isə analiz üçün aidiyyəti laboratoriyaya göndərilib. Analiz nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdiriləcək.
AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirəcəyini bildirir.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












