Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi

Bakıda qızıl mağazasından oğurluq edən şəxsə hökm oxunub.
Avtosfer.az qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş S.Fərhad 10 aprel 2024-cü il tarixində qızıl mağazasına müştəri kimi daxil olub. 3-4 saat mağazada qızılların şəkilini çəkib, guya yaxınlarına göndərdiyini bildirib.
Sonuncu dəfə mağazaya daxil olaraq piştaxtanın üstündə qalmış 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük, 4 ədəd qızıl sırğa, 10 ədəd brilyant şəffaf qaşları olan gümüşü rəngli metaldan olan deformasiyalı üzüyü götürərək mağazadan qaçıb.
Təqsirləndirilən şəxs ərazidə olan taksi sürücüsünün avtomobilinə minib. O, sürücünü əlindəki bıçaq və çəkiclə hədələyərək, təcili sürməsini tələb edib. Taksi sürücüsü Fərhada güc tətbiq edərək əlindəki bıçaq və çəkici alıb. Daha sonra polislər hadisə yerinə yaxınlaşaraq, Fərhadı saxlayıblar.
Məhkəmənin qərarı ilə Fərhad Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilərək, 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO












