Makler diplomu 15 min manata "satmaq" istədi, həbs edildi

Xaçmazda dostunun oğluna Odlar Yurdu Universitetinin diplomunu almaq adı ilə dələduzluq edən şəxs həbs edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə Xaçmaz şəhəri ərazisində baş verib. Şəhər sakini, 1976-cı il təvəllüdlü Sabir Aslanov (adı və soyadı şərtidir) rayon ərazisində maklerliklə məşğul olub. O, dostu Ramillə danışarkən məlum olub ki, Ramil hərbi xidmətdən qayıdan oğluna diplom almaq istəyir. O, Ramilə yalan vəd verərək Odlar Yurdu Universitetində tanışının olduğunu və oradan diplom ala biləcəyini bildirib. Sabir bu adla Ramillə 15 min manata razılaşıb. O, Ramilə bildirib ki, diplomu almaq üçün 6 min manat əvvəldən, diplom təhvil veriləndən sonra isə 9 min manat verməlidir. Ramil də onunla razılaşıb və bu barədə oğlu Raufla məsləhətləşib. Oğlu diplom almağa razı olduğunu deyib. Bundan sonra Ramil Sabirlə görüşüb və ona ilkin olaraq 5 min 500 manat, bir neçə gündən sonra isə 500 manat verib. Sabir pulu alarkən Ramillə borc müqaviləsi imzalayıb və müqavilədə göstərib ki, şəxsi ehtiyacları üçün Ramildən 6 min manat borc alıb. Sabir Ramilə bildirib ki, 6 aya diplomu alıb, təsdiqlədib ona təqdim edəcək. Amma həmin vaxtdan 6 aydan çox vaxt keçməsinə baxmayaraq, Sabir verdiyi sözə əməl etməyib, müxtəlif bəhanələrlə prosesi uzadıb. Nəticədə Ramil polisə müraciət edib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabir Aslanov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə S.Aslanov 2 il 3 ay azadlıqdan məhrum edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












