Mal bazarında şok fırıldaq: Aldığı inəyə görün nə etdilər - VİDEO

Bazardan aldığı inək vətəndaşa baha başa gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu24.com-a açıqlamasında Ağdaş sakini Teymur Həsənov bildirib.
Onun sözlərinə görə,Ağdaş rayonunda yerləşən mal bazarından inək alıb.Heyvanı evə gətirdikdən sonra problemlə üzləşib.
"Bazardan aldığım inəyin yanına başqa heyvanın balasın qoyub mənə satıblar.Onlar bu yolla insanları aldadırlar.İnəyin öz balasını baha qiymətə ayrı satırlar.Onun əvəzinə başqa heyvanın balaca balasını ucuz qiymətə alıb,inəyin balası kimi alıcıya təqdim edirlər.Həmin vaxt inəyə keyidici iynə vurduqlarına görə,heyvan bunu hiss elətdirmir.Bu halla bağlı bir neçə bazarda rastlaşmışıq.İnəyi alıb evə gətirdikdən sonra heyvan balanı vurmağa başladı.Başa düşdük ki,bala onun deyil.Malı aldığım şəxs mənə nömrə vermişdi.Ona da zəng çatmır.Kartına qalan puldan 300 manat atmışdım.Həmin kartda adı Rəşad Q.oğlu qeyd olunub.Məlum oldu ki,inəyi mənə satan şəxs Tərtərdən Rəşad adlı mal dəllalının oğludur.Onlar bir dəstə adamdılar.Bu kimi hallarla qarşılaşmamaq üçün vətəndaşlar gərək diqqətli olsun",-deyə şikayətçi bildirib.
Mövzu ilə bağlı videonu təqdim edirik:
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












