Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - FOTO - VİDEO

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfinfən onlayn maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sosial şəbəkələrdə bu tipli paylaşımlar edən və onlayn piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərən cinayətkar qruplara qarşı polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Sonuncu əməliyyat zamanı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.
Araşdırmalarla həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədi ilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib. Bu məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb şirnikləndirici elanlar yerləşdirilib. Əməliyyat zamanı həmin şirkətin təsisci-direktoru Kərim Bəşirzadə və onunla birgə bu qanunsuz əməlləri törədən Taleh Əlizadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların bu yolla zərərçəkənlərin 500 min manata yaxın pulunu ələ keçirdikləri məlum olub. Saxlanılan şəxslərdən dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartları və digər elektron sübutlar aşkarlanaraq götürülüb. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. K.Bəşirzadə və T.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir. “First Zenit Capital” şirkətinin qanunsuz fəaliyyətindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.
DİN vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən tətbiqlərə inanmamağa çağırıb.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












