Manaf Ağayev polisə çağırıldı - SƏBƏB

Manset.az saytının baş redaktoru Əli Vəliyev və müğənni Manaf Ağayev arasında qalmaqal yaşanıb. Bundan sonra müğənninin polis bölməsinə gətirildiyi bildirilib. Lakin M.Ağayev xəbəri təkzib edib. Avtosfer.az xəbər verir ki, müğənni “Globalinfo”ya açıqlamasında bildirib ki, saxlanması haqda deyilənlər doğru deyil, sadəcə dəvət edilib, növbəti gün ifadə verəcək.
Əli Vəliyev Manaf Ağayevin saxlanıldığını iddia edib:
“Əvvəla o, çağırılmayıb, məndə olan məlumata görə, gətirilib və hazırda polis bölməsindədir. Məni də onunla üzləşdirmək istədilər, lakin mən belə bir istəyimin olmadığını bildirdim. Çünki dünən onun adından mənə telefon zəngi edildi. Zəng edən şəxs Manaf Ağayevin adından danışdığını bildirdi və özünü kriminal avtoritet kimi təqdim etdi. Daha sonra “biz qardaşıq, problemləri biz həll edirik” kimi ifadələr işlədərək həm məni, həm də ailəmi təhdid etdilər. Ardınca ağır söyüş və təhqirlər səsləndirildi. Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Bu gün də o, saxlanılıb”.
Ə.Vəliyevin sözlərinə görə, zəng edən digər şəxslər hələ də müəyyən edilərək tapılmayıb:
“Mənə polis idarəsindən bildirildi ki, qarşı tərəf tapılıb gətirilənədək müğənninin saxlanılması barədə göstəriş verilib. Hazırda da o, polis idarəsindədir. Manaf Ağayev sizə açıqlama verib ki, guya sabah (5 iyul tarixində-red.) ifadə verməyə gələcək. Amma digər sayta deyir ki, hələ də bölmədədir. Ziddiyyətli açıqlamalar verir. Ona yalnız ailəsinə xəbər verməsi üçün, mənim yanımda qısa müddətə telefon verildi. Mən buna şəxsən şahid olmuşam”.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO













