Marketdə “kömək etdiyi” qadının pul kisəsini belə oğurladı - VİDEO

Bakıda marketdə “kömək etmək” adı ilə vətəndaşa yaxınlaşıb çantasını oğurlayan şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, talama cinayəti Xətai rayonunda qeydə alınıb.
Naməlum şəxs paytaxt sakininin avtomobilindən 600 manat, mobil telefon, planşet və digər əşyalarını oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 55 yaşlı İ.Xudiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, rayon ərazisində yerləşən marketlərin birinin qarşısında dayanaraq kassaya yaxınlaşan vətəndaşları müşahidə edib. Daha sonra həmin şəxslərdən birinin maddi vəsaitini və dəyərli əşyalarını çantasına qoyduğunu görüb. İ.Xudiyev “kömək etmək” adı ilə çıxışda ona yaxınlaşıb və avtomobilinə qədər müşayiət edib. Çantanı yük yerinə qoyarkən isə oğurluq əməlini törədib. Hadisənin baş vermə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










