Masallıda əməliyyat zamanı ölən şəxs FHN-in əməkdaşı imiş - FOTO

Yanvarın 7-də Masallı Rayon Mərkəzi Xəstəxanasında rayonun Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, əməliyyat zamanı həyatını itirən Nəriman Bağırzadə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olub. Mərhum işdən kənar vaxt xəstəxanaya müracitə edib.
Xatırladaq ki, Masallı Rayon Mərkəzi Xəstəxanasından sorğuya cavab olaraq bildirilib ki, yanvarın 7-də saat 14:40 radələrində halsızlıq və soyuqdəymə şikayətləri ilə 1992-ci il təvəllüdlü kişi Masallı Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub.
"Ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu təyin edilib. Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb. Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin çoxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye (qan) diaqnozu müəyyən edilib. Aparılan reanimasia tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 07.01.2026-cı il tarixində saat 16:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb", - məlumatda qeyd edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












