Masallıda toya gələn qonağın vəhşicəsinə döyülərək öldürülməsinin TƏFƏRRÜATI - VİDEO

Cəlilabad rayon Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülmə nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişməsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.
Məlumata görə, mərhum həmkəndliləri olan 2 qardaşla mübahisə zamanı döyülüb. Onların həmin an içkili olduğu bildirilir.
Qeyd edək ki, mayın 28-də mübahisə zamanı döyülən şəxs əraziyə yaxın olan Masallı Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, elə xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı şübhəli şəxs qismində rayonun Həziabad kənd sakini 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.
Ətraflı Baku TV-nin süjetində:
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...








