Masazırda DƏHŞƏTLİ HADİSƏ - İki qadın qətlə yetirildi - FOTO - YENİLƏNİB

Hadisə 11 Aprel 2026 14:13
Masazırda DƏHŞƏTLİ HADİSƏ  - İki qadın qətlə yetirildi - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.

Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.

***

Masazırda iki qadını qətlə yetirən şəxs xanımlardan birinin sevgilisi olub.

1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçürmüş. O bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.

Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın ondan kömək istəyib.

P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirildiyini görüb.

Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib, hadisə yerindən qaçıb./oxu.az

***

Masazırda qətlə yetirilən qadınlarla bağlı yeni detallar məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, onlar xalaqızı olublar.

Bildirilib ki, qətlə yetirilən şəxslər bir ay əvvəl Masazıra köçərək, burada kirayə qalıblar.

Masazırda DƏHŞƏTLİ HADİSƏ: Kişi sevgilisini və ona köməyə gələn xalası qızını QƏTLƏ YETİRDİ

Masazırda evdə qətlə yetirilən şəxslərin kimlikləri bilinib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli qətlə yetiriliblər.

Masazırda DƏHŞƏTLİ HADİSƏ: Kişi sevgilisini və ona köməyə gələn xalası qızını QƏTLƏ YETİRDİ

***13:32

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Oxunub : 138
ŞƏRH YAZ
Ad

E-mail

Şərh