
Masazırda qayda pozan təlim maşını qəza törədib qaçdı - VİDEO
Hadisə
20 Noyabr 2023 17:17
Oxunub 1386

Abşeron rayonu Masazır qəsəbəsində qayda pozan təlim maşını avtomobilə maddi ziyan vurub.
Baş vermiş insidentlə bağlı oxucumuz Avtosfer.az-a foto və videomaterial göndərib. Bildirib ki, 99-SE-703 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil nəqliyyat vasitələrinin hərəkətinə maneə törədib. Şikayətçinin iddiasına görə, düzgün istiqamət zolağı seçməyən sürücü sağ tərəfə gedən avtomobillərə məhəl qoymayıb. Bu zaman “Hyundai”maşınlardan birini vurub və dayanmadan yoluna davam edib. Qəzanı görən digər nəqliyyat vasitələri xanım sürücü və yanında əyləşən təlimçiyə etirazlarını bildiriblər. Lakin onlar özlərinə haqq qazandıraraq ərazidən uzaqlaşıblar.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR