Masazırda taksi sürücüsü müştərini döydü

Abşeron rayonunda taksi sürücü müştəri ilə mübahisəsi cinayətlə nəticələnib.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin martın 25-də rayonun Masazır qəsəbəsində baş verib.
Laçın rayon sakini, 2000-ci il təvəllüdlü İlqar həmin gün saat 17 radələrində Masazır qəsəbəsi, yeni məhəllədə taksi fəaliyyəti göstərdiyi “Chevrolet Cobalt” markalı avtomobilinə müştəri kimi əyləşən Əhmədin (adlar şərtidir – red.) əlindəki yükü avtomobilə qoyması üçün ondan avtomobilin qapısını açmasını tələb etdiyini, lakin qapını açmadıqda ona tərbiyəsiz dediyinə görə mübahisə edib.
Daha sonra taksi sürücüsü zərərçəkmiş şəxsi Masazır qəsəbəsi, “Cantəpə” adlanan ərazidə evinin qarşısına gətirib. Bu zaman Əhməd sürücüyə irad bildirib. Onların arasında mübahisə yenidən qızışıb.
Bu vaxt əsəbləşən taksi sürcüsü müştərini yumruq zərbəsi ilə bir dəfə sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş ona qarşı şikayətini geri götürüb, onu bağışlayıb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












