Maşın almaq istəyən şəxs dələduzluğun qurbanı oldu: "Dedi ki, anam xəstədir, xəstəxanaya ödəniş etməliyəm" - VİDEO

Bakı sakini avtomobil alarkən qarşılaşdığı dələduzluq hadisəsi ilə bağlı şikayət edib. Onun sözlərinə görə, elan saytından bəyəndiyi avtomobil üçün pul ödəsə də, bir neçə gündür ortalıqda nə maşın var, nə də ödənilən məbləğ.
Zərərçəkən tərəfin bildirdiyinə görə, avtomobilə baxış keçirilən zaman satıcı maşının bütün problemlərini özünün həll edəcəyini və nəqliyyat vasitəsini birbaşa onun adına keçirəcəyini vəd edib.
"Səhəri gün maşını ustada yoxlatdıq, 700 manat xərci var idi. Həmin xərci mənim verdiyim 10 200 manat puldan ödədik", - deyə zərərçəkən qeyd edib.
Satıcı gec olduğunu deyərək həmin gün avtomobil üçün etibarnamə verməyib və maşının 1 200 manat cəriməsinin olduğunu bildirib. O, cəriməni ödəyəcəyini və növbəti gün maşını birbaşa alıcının adına keçirəcəyini vəd edib.
Zərərçəkən deyir ki, bu məqamda satıcı pulu əvvəldən almaq üçün təsirli bir üsula əl atıb:
"Mənə bildirdi ki, pulu indidən verə bilərsən? 'Yox' dediyim zaman ağlamağa başladı. Dedi ki, anam xəstədir, xəstəxanaya ödəniş etməliyəm. Pulu verdim. Səhər yığdım, 'işim var' deyərək məni keçişdirdi. İki-üç gün isə telefonuna zəng çatmadı. Mən nə edim, bilmirəm".
Vətəndaş maşının əsl sahibi ilə əlaqə saxlayanda isə dələduzluq faktı təsdiqlənib. Avtomobilin əsl sahibi bildirib ki, maşın onun özünə məxsusdur və "satıcı" qismində çıxış edən şəxsin ona 4-5 min manata yaxın borcu var.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaşın ərazi polis orqanına müraciəti daxil olub:
"Hazırda müraciət əsasında araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












